Rusiya ordusu avqustun 13-də Ukraynanın Xerson vilayətini kütləvi şəkildə atəşə tutub.
Teleqraf.com xəbər verir ki, biri uşaq olmaqla altı nəfər həlak olub.
Məlumata görə, atəş nəticəsində yerli sakinlər - ər, arvad və onların cəmi 23 günlük olan qızı həlak olub.
Bildirilir ki, raket atəşi nəticəsində beş fərdi ev dağılıb.