Parisdə terrorçuların girov götürdüyü mağazada marketin müsəlman əməkdaşı terror aktı zamanı 15 insanı xilas edib.
O, yanvarın 9-da terrorçular tərəfindən tutulmuş koşer məhsulları mağazasında 15 nəfəri zirzəmidə dondurucu kamerada gizlətməyə müvəffəq olub.
Teleqraf.com-un məlumatına görə, o, işığı söndürərək və soyutma sistemini sıradan çıxararaq 15 fransızın soyuqdan donmasının və terrorçuların əlinə keçməsinin qarşısını alıb.
Maraqlıdır ki, Batili adlı bu şəxsi polislər girovlar azad edilərkən əvvəlcə terrorçu sanıblar. Lakin onun xilas etdiyi şəxslərin israrlı təkidindən sonra Batili azad edilib.
Təhlükəsizlik qüvvələri yanlışlığa görə, ölkənin müsəlman vətəndaşından üzr istəməli olublar.
Nail Cəlil