19 Avqust 2023 22:38
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin müavini Anna Malyar müharibə zamanı Ukraynanın itkiləri ilə bağlı Qərb mediasının iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi orada göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edib.

Malyarın sözlərinə görə, hərbi vəziyyət zamanı belə məlumatlar dövlət sirridir:

“Müharibənin aktiv mərhələsində ölən və yaralananların sayı düşmən tərəfindən ehtimal olunan sonrakı hərəkətlərimizi hesablamaq üçün istifadə olunur. İş ondadır ki, hərbi işlərdə müəyyən hərəkətlər hərbçilərin ümumi sayına nisbətdə ölən və yaralananların faizindən asılıdır. Buna uyğun olaraq, bu rəqəmlər məlum olarsa, düşmən hərəkətlərimizi əvvəlcədən hesablaya bilər”.

Malyar qeyd edib ki, söhbət təkcə itkilərin ümumi sayından deyil, həm də, məsələn, konkret bölmələrin, xüsusən də döyüş əməliyyatları zamanı itkilərin sayından gedir:

“Əgər düşməndə bu məlumat olarsa, bizim növbəti addımlarımızın bir qismini anlamağa başlayacaq”.

Qurum rəsmisi əlavə edib ki, az sayda adamın məxfi məlumatlara çıxışı var və bunların açıqlanması durumunda onları cinayət məsuliyyəti gözləyir.

ABŞ-ın “Nyu-York Tayms” qəzetinin iddiasına görə, müharibədə Ukraynanın 70 minə yaxın hərbçisi həlak olub, 120 minə yaxını yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər