Hillari qasırğasının yaxınlaşması ilə əlaqədar Kaliforniyanın cənubunun çox hissəsində fövqəladə vəziyyət elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Gavin Nyusom məlumat verib.
Bildirilir ki, qasırğanın yaxınlaşma səbəbindən fəlakətli və həyati təhlükəsi olan daşqınların baş vermə ehtimalı olduqca yüksəkdir.
Ən ciddi nəticələrin bazar və bazar ertəsi günlərində olacağı gözlənilir.