21 Avqust 2023 12:29
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Russia Today” dövlət telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, bu gün səhər saatlarında Moskva vilayətində vurulan iki PUA-dan biri onun evinin yaxınlığında düşüb.

Teleqraf.com xəbər verir ki, erməni jurnalist bu barədə Teleqram kanalında yazıb.

“İstrada vurulan pilotsuz uçan aparat yanımızdakı küçəyə düşdü. Müdafiə vasitələrimiz sayəsində itki və dağıntı yoxdur”, - Simonyan bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva vilayəti ərazisində iki Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb.

Bununla əlaqədar Moskvanın iki hava limanında - Vnokovo və Domodevdovoda məhdudiyyətlər tətbiq edilib. Rusiya mətbuatının məlumatına görə, artıq məhdudiyyətlər aradan qaldırılıb, hava limanları normal rejimdə işləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər