23 Avqust 2023 11:38
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki son gəlişmələrlə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada ABŞ-ın MQ-9 Reaper və Türkiyənin “Bayraktar TB2” PUA-larının Krım yaxınlığında birlikdə kəşfiyyat və müşahidə uçuşu həyata keçirdiyi və bunun Moskva tərəfindən izləndiyi bildirilib.

“Rusiya avqustun 22-də ölkə sərhədinin mümkün pozulmasının qarşısını almaq və elektron kəşfiyyat PUA-larına qarşı iki döyüş təyyarəsi qaldırıb. Bundan sonra PUA-lar uçuş istiqamətlərini dəyişərək kəşfiyyat apardıqları ərazini tərk ediblər”, - açıqlamada deyilir.

Bu, ABŞ və Türkiyə PUA-larının ilk rəsmi missiyası kimi qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər