24 Avqust 2023 10:19
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinin təyyarəsini vurmaq əmrini Rusiya Prezidenti Vladimir Putin verib. Bu qərar “vaqnerçilər”in qiyamından sonra öz hakimiyyətini bərpa etmək üçün verilə bilərdi.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirir.

Amerikalı analitiklərin fikrincə, Rusiya silahlı qüvvələrinin rəhbər şəxsləri, xüsusən də müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov Putinin əmri olmadan Priqojini aradan götürə bilməzdilər. Rusiyanın bütün siyasi və təhlükəsizlik sferası “Vaqner”in qiyamından sonra Priqojinin sağ qalmasına Putinin qərarı kimi baxıblar.

Ekspertlərin başqa bir versiyasına görə, Priqojin Putinin tələbinə baxmayaraq, “Vaqner”in Afrikadakı fəaliyyətini dayandırmaqdan imtina etməklə Rusiya liderinin “qırmızı xətt”ini keçib. ISW bunun Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko vasitəsilə Priqojinlə əldə etdiyi anlaşmaya daxil olduğunu istisna etmir.

“Vaqner” liderinin öldüyü gün ordu generalı Surovıkin Rusiya Hava-Kosmik Qüvvələrinin komandanı vəzifəsindən azad edilib, onun yerinə general-polkovnik Viktor Afzalovun təyin olunub. Ekspertlər hesab edirlər ki, “Vaqner”lə əlaqəsi olan Surovikinin Priqojinin qətli ilə eyni gündə azad edilməsinin Rusiya dövlət mediasında rəsmi şəkildə təsdiqlənməsi təsadüf deyil. Böyük ehtimalla, Kreml bununla 24 iyun qiyamında əli olanların öhdəsindən gələ bildiyini və “Vaqner”in Rusiya rəhbərliyinə artıq meydan oxuya bilməyəcəyini açıq şəkildə göstərməyə çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər