12 Yanvar 2015 17:51
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaraman rayonunun Başköy bölgəsində əlindəki şişirdilmiş şarın partlaması nəticəsində 5 aylıq Eylül Duru Kırpınar həyatını itirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan məlumatlarda hadisə günü 25 yaşlı Didar Kırpınarın şişirdiyi şarı oynaması üçün 5 aylıq qızına verərək, mətbəxə keçdiyi bildirilib. Otağa qayıtdığında isə ana dəhşətli hadisə ilə qarşılaşıb. O, qızının tərpənmədiyini və şarın da partladığını görüb. Dərhal təcili yardıma xəbər versə də, artıq gec olub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şar partlayan zaman şarın bir hissəsi uşağın nəfəs borusuna gedib və azyaşlı nəfəs çatışmazlığından dünyasını dəyişib.

Körpə Başköydə torpağa tapşırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər