24 Avqust 2023 20:25
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Deutschlandfunk” radiosunda Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək çağırışı edilib.

Teleqraf.com xəbər verir ki, bir dinləyici danışmaq hüququ əldə etdikdən sonra ağlasığımaz fikir irəli sürüb.

“Ukraynada müharibəyə son qoymaq olduqca sadədir: Zelenski və onun cinayətkar dəstəsini həbs etmək və diri-diri başını kəsmək”, - dinləyici bildirib.

Sosial şəbəkələrdə radionun dinləyicisi və redaktorlarına qarşı cinayət işinin başlanması ilə bağlı çağırışlar edilir.

“Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, hətta bu işi götürməyə hazır olan bir vəkil də tapılıb. Nəşr bildirir ki, efirə çıxan bu nadan şəxsin dediklərinə görə radiostansiya cərimələnə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər