Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Belarus lideri ukraynalılara sülh arzulayıb.
“Münaqişənin sona çatması naminə dəyərli qonşuluğumuzdan istifadə etməliyik, Belarus tərəfi bunun üçün lazım olan hər şeyi və hətta daha çoxunu etməyə hazırdır”, - mesajda deyilir.
Lukaşenko qeyd edib ki, Ukrayna və Belarus xalqları 30 ildən çox əvvəl müstəqillik əldə edərək öz inkişaf yollarını seçiblər. O vurğulayıb ki, gələcək və regionun mövcudluğu üçün təhlükəsiz imkanlar yaratmaq lazımdır.
Belarus lideri qeyd edib ki, iki xalqın nəsilləri həmişə mehriban yaşayıb, bir-birinə hörmət edib, ticarət aparıb, ailə qurub, faşizmə qarşı birgə mübarizə aparıblar.
Lukaşenko Ukraynanın bütün sakinlərinə torpaqlarında tezliklə sülhün bərqərar olmasını arzulayıb.