“Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı verməmişəm. Onunla bu mövzuda danışmamışam.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O qeyd edib ki, Rusiyada 24 iyun hadisələrindən sonra Yevgeni Priqojinin təhlükəsizliyinə təminat verməyib.
"Mən Priqojini iki dəfə xəbərdar etdim. Amma o, risk etmək istədiyini dedi. Dedim ki, Jenya, mən sənə bir kəndir və sabun göndərəcəm. O isə qəhrəman kimi öləcəyini bildirdi", deyə Lukaşenko bildirdi.
Belarus Prezidenti qeyd edib ki, “Vaqner” Belarus ərazisində qalacaq: “Onların Belarusda yerləşdirilməsi ideyası mənim təşəbbüsüm olub və buna görə peşman deyiləm".