Rusiya Federasiyasında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin cənazəsi dəfn mərasiminin keçiriləcəyi Sankt-Peterburqa aparılacaq.
Teleqraf.com xəbər verir ki, Unian.net "VChK-OGPU" teleqram kanalına istinadən xəbər verir ki, Priqojinin qohumları dəfn mərasiminin dar çərçivədə keçirilməsinə qərar verib. Təsdiqlənməmiş məlumatlara görə, Priqojinin dəfn mərasimi çərşənbə axşamı, avqustun 29-da baş tuta bilər.
"Hazırda matəm tədbirləri və vida qaydaları ilə bağlı dəqiq qərar yoxdur. Hər şey hakimiyyətin mövqeyindən asılıdır...", - kanal qeyd edir.