ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs etmək niyyətində olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, jurnalist Trampdan sabiq dövlət katibi Hillari Klintonu həbsxanaya göndərmədiyinə görə peşman olub-olmadığını və hazırkı siyasi düşmənlərini həbs edib-etməyəcəyini soruşub və Tramp buna müsbət cavab verib.
“Cavab budur: seçimim yoxdur, çünki indi bunu bizə edirlər”, - eks-prezident söyləyib.
Onun sözlərinə görə, Prezident Co Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli var.