1 Sentyabr 2023 17:43
2 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hakimiyyəti Ramzan Kadırovu indi öldürməyəcək, çünki ona hələ ehtiyacları var”.

Teleqraf.com xəbər verir ki, bunu çeçenistanlı siyasətçi Əhməd Zakayev Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

“Onların hələ də Kadırova ehtiyacı var. Nə qədər ki Putin var, Kadırov ölməyəcək. Çünki həmişə öz sədaqətini göstərəcək, Çeçenistanda cəmiyyətimizi daxildən məhv edən işlər görəcək. Onun vəzifəsi sadiq olmaqdır”, - siyasətçi bildirib.

Zakayev əlavə edib ki, Kadırov sistem üçün faydalıdır.

“Kadırov və ətrafı çeçen adət-ənənələrinin çoxəsrlik əsaslarını məhv edir”, - siyasətçi vurğulayıb.

Əhməd Zakayev iddia edir ki, Rusiya hökuməti Ukraynada uduzduğu zaman üçüncü çeçen-rus müharibəsinə başlaya bilər:

“Müharibəni uduzduqda, vaxtları olsa, Çeçenistanda üçüncü müharibəyə başlayacaqlar. Bu müharibənin başlamasının səbəbi Kadırov və onun ətrafı olacaq”.

Siyasətçi qeyd etdi ki, beynəlxalq təşkilatlar Kadırovla bağlı müəyyən qətnamələr qəbul ediblər və Rusiyanın “dərin qatlar”ı üçün o, həmişə meydan oxuyan şəxs olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər