İyulun 31-dən avqustun 27-dək olan 28 gün ərzində dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 1800-dən çox insan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji hesabatında dərc edilib.
ÜST-nin məlumat bülleteninə əsasən, əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxmalarda 38 faiz artım, ölüm nisbətində isə 50 faiz azalma olub.
Dünyada 770 milyondan çox insan COVID-19-a yoluxub, epidemiya səbəbindən 6 milyon 956 min ölüm faktı qeydə alınıb.