4 Sentyabr 2023 09:28
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Liman, Avdiv, Marin və Zaporoje istiqamətlərində Rusiya qoşunlarının hücumunu dayandırmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutka ərzində cəbhədə 25-dən çox toqquşma baş verib.

Rus ordusu Liman və Marin istiqamətlərində Novoyeqorivkada uğursuz hücum əməliyyatı keçirib. Rusların Zaporoje istiqamətində Priyutnıya hücum cəhdi də nəticəsiz başa çatıb.

Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.

Bundan başqa, Ukrayna aviasiyası rus ordusunun şəxsi heyətinin, silah-sursat və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 9, hava sistemlərinin yerləşdiyi mövqelərə isə 5 zərbə endirib.

Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri də rusların atəş mövqelərində 10 artilleriya qurğusunu və 1 zenit-raket kompleksini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu