“Vladimir Solovyov Priqojin və Girkinin ondan əvvəl dediklərini təkrarlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş zabiti Sergey Jirnov deyib
“Solovyov Girkin həbs olunduğu kimi həbs olunacaq, çünki Girkinin dediklərini bir-bir təkrarlayır. Yəni o deyir ki, biz bərbad vəziyyətdəyik, bizim bütün qubernatorlarımız, kəşfiyyatımız, əks-kəşfiyyatımız düşmənə işləyir, heç bir iş görmürlər. Solovyov Girkinlə eyni kameraya salınmaq istəyir. Gec-tez bu baş verəcək”, - Jirnov bildirib.
İqor Girkin Donbasdakı separatçı qüvvələrin keçmiş komandiridir.