“Ermənistanın regiona beynəlxalq müşahidə missiyası gətirmək istəyi təkcə Rusiyanın yox, həm də Azərbaycan, Türkiyə və İranın maraqları ilə üst-üstə düşmür.”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistan rəhbərliyinin problemləri ondan ibarətdir ki, bu ölkə Rusiyanı sıxışdırıb sıxışdırmağa çalışır, kollektiv Qərbi və ya Fransa kimi ayrı-ayrı Qərb dövlətlərini isə öz tərəfinə çəkir. Bu da təkcə Ermənistanda deyil, həm də bütövlükdə regionda onların maraqlarının toqquşmasına səbəb olur. Təəssüf ki, bu siyasət çərçivəsində regionda formalaşan təhlükəsizlik arxitekturasına qeyri-regional oyunçuların cəlb olunmasında Azərbaycan-Ermənistan qarşıdurmasının “xəritə”sindən istifadə olunur.
Ermənistan Qafqaza bura aidiyyəti olmayan ölkələrin nümayəndələrindən ibarət yeni beynəlxalq müşahidə missiya gətirməyə çalışır. Bu, təkcə Rusiyanın yox, həm də Azərbaycan, Türkiyə və İranın maraqları ilə üst-üstə düşmür.
Azərbaycanla Rusiya arasında münasibətlərdə ziddiyyətlərin olmasına baxmayaraq, regional gündəliyin aktual məsələlərini nəzərə alsaq, bu zidd məqamlar arxa plana keçir. Bakı ilə Moskvanın münasibətlərində ən mühüm məsələ Rusiya sülhməramlılarının gələcəyi məsələsidir. Bununla belə, ən azı bu məsələnin son həllini tapa biləcəyi tarixi (2025-ci il) bilirik. Bunun üçün müvafiq mexanizmlər var.
Bəs Ermənistan-Rusiya ziddiyyətlərinin həll olunacağı tarixi kim deyəcək? Və ən əsası, necə?”.