13 Yanvar 2015 14:33
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə tələbə oğlan atesit olduğunu yazdığı üçün həbs edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Karim al-Banna adlı 21 yaşlı tələbə "Facebook" sosial şəbəkəsində ateist olduğunu bildirib. Bundan sonra təqiblərə məruz qalan gənc polisə müraciət edib. Polis isə oğlanı "İslamı təhqir etmək" ittihamı ilə nəzarətə altına alıb.

Uzun müddət nəzarətdə saxlanıldıqdan sonra məhkəmədə Karim al-Banna 3 il həbs cəzası verilib.

Qeyd edək ki, Misir Konstitusiyası görə "İslamı təhqir" cinayət sayılır. Bu səbəbdən islamı təhqir etdiyi üçün ötən il iyunda bir kıptı xristiyanınada altı il həbs cəzası verilimişdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər