6 Sentyabr 2023 22:14
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə bir milyon ton taxıl tədarükü ilə bağlı razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yaxın vaxtlarda texniki detalların hazırlanmasına başlanılacaq.

Rusiya altı Afrika ölkəsi ilə taxılın pulsuz tədarükü ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır, həmçinin 1 milyon ton taxılın emal edilməsi və daha kasıb ölkələrə çatdırılması üçün Türkiyəyə təhvil verməyə hazırdır.
Bu barədə sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putin məlumat verib.

"Bu baxımdan, biz humanitar səbəblərə görə ən yoxsul ölkələrə dəstək verməyə hazır olan Qətər dövlətinin köməyinə ümid edirik", deyə Putin bildirib.

Eyni zamanda o, Rusiya, Türkiyə və Qətər arasında imzalanan sazişin Qara dəniz taxıl müqaviləsini əvəz etməyəcəyini, əksinə problemlərin həllinə “böyük investisiya” olacağını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər