6 Sentyabr 2023 22:57
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni paketi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Pentaqonun məlumatına əsasən, yeni yardım paketinin ümumi dəyəri 175 milyon dollar olacaq.

Həmçinin əlavə olunub ki, hərbi silah-sursat arasında ABŞ istehsalı olan "Abrams" tankları üçün nəzərə tutulan tükənmiş uran başlıqlı mərmilər də yer alacaq.

Yeni yardım paketinə hava hücumundan müdafiə (HHM) sistemlərinin texniki dəstəyi üçün avadanlıqlar, HIMARS sistemləri üçün sursatlar, minaatan sistemləri və onlar üçün mərmilər, atıcı silahlar üçün 3 milyon ədəddən çox sursatlar da daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər