İsveçin lüks avtomobil markası “Volvo”nun Rusiyadakı bütün aktivləri rusiyalı investora verilib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyi açıqlayıb.
Məlumat üçün bildirək ki, Ukraynadakı müharibədən əvvəl Kaluqada ildə 15 min yük maşını istehsal gücünə malik zavodu işlədən “Volvo” müharibədən sonra orada istehsalını dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl “Mercedes”, “Renault”, “Nissan” və “Volkswagen” kimi şirkətlər Rusiyadakı fəaliyyətini dayandırmışdı.