İspaniyanın Barselona şəhərində qatar relslərin üzərindən keçməyə çalışan insanları vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Şəhərlərarası marşurut üzrə hərəkət edən qatar piyada üçün nəzərdə tutulmayan yerdən keçməyə çalışan yeddi nəfəri vurub.
Hadisə nəticəsində dörd nəfər ölüb.
Qeyd olunub ki, həmin şəxslər yaxınlıqdakı konsert proqramına gedirmiş.
Qəza ilə bağlı "R3" şəhərlərətrafı qatarların hərəkəti müvəqqəti dayandırılıb