Almaniya mediası öz ənənəsinə sadiq qalaraq, ilin ən pis sözünü seçib. İfrat sağçı PEGIDA hərəkatının tez-tez istifadə etdiyi "Lügenpresse" (yalançı mətbuat) ifadəsi mətbuat azadlığını təhlükəyə atdığı üçün ötən ilin ən pis sözü kimi qiymətləndirilib.
Xatırladaq ki, bu radikal təşkilat Qərb ölkələrində İslamın yayılmasına qarşı çıxış edir. Təşkilatın adı da onun başlıca şüarından götürülüb və ''Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar'' – qısa şəkildə alman dilində müvafiq mənanı, transkripsiyanı ifadə edərək, PEGIDA adlanır.
Teleqraf.com-un məlumatına görə, Alman Dil Birliyi ilin ən pis sözü sayılan"Lügenpresse"nin ilk dəfə Birinci Dünya Müharibəsi dövründə irqçilərin lideri Adolf Hitler tərəfindən müstəqil və azad mətbuatı qaralamaq məqsədi ilə də istifadə edildiyini bildirib.
Nail Cəlil