Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal olunmuş sol sahili boyunca adalar arasında manevrlər edərkən, suda itirilmiş mövqelərini bərpa etməyə cəhd göstərən Rusiyanın 6 katerini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələrinin sözçüsü Nataliya Humenyuk məlumat verib.
Onun sözlərinə görə, ruslar Xersonun sol sahili boyunca fəallaşmağa çalışırlar, sularda müdafiəni gücləndirməyə cəhd göstərirlər.