Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.
"Zəlzələnin maqnitudası 6,1 baldır", - məlumatda deyilir. Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.
Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.