“Nigerdə baş verən hərbi qiyam Avropa İttifaqı üçün tamamilə sürpriz oldu”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Biz qiyamın olacağını ehtimal etməmişdik. Qiyamdan əvvəl ölkəyə səfər edirdik. Mən orada idim, amma qiyamın ola biləcəyini hiss etmədim. Bu, ən gözlənilməz qiyam idi”, – Borrel bildirib.