14 Sentyabr 2023 15:06
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxmut istiqamətində hər şey plan üzrə gedir, cənubda isə aktiv döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Şərqdə düşmənin hücum istiqamətləri Kupyan, Liman, Avdiv və Marindir. Bizim irəlilədiyimiz bir istiqamət də var, bu Baxmutdur. Əsas uğurlar Baxmut ətrafındadır”, - Malyar bildirib.

O əlavə edib ki, bu istiqamətdə əsas döyüşlər Andrivka, Kurdyumivka və Klişçivka ətrafında aparılır:

“Hər həftə irəliləyiş və azad edilmiş ərazilərimiz olur. Hər şey plana uyğun və uğurla gedir”.

Cənub istiqamətindən danışan Malyar qeyd edib ki, bura Ukrayna Silahlı Qüvvələrin hücumunun əsas istiqamətidir:

“Cənubda hər yerdə düşmən müdafiəyə keçib. Bu o deməkdir ki, biz orada yerləşirik, onlar isə müdafiə olunurlar. Hətta xəbərlərin hər gün bir-birinə çox bənzədiyi görünsə də, əslində vəziyyət çox dinamikdir”.

Malyar əlavə edib ki, rus ordusunun müdafiədə olması onun sadəcə müdafiədə dayanması demək deyil, orada çox aktiv döyüşlər gedir.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinə gəlincə, o vurğulayıb ki, həmin ərazilərdə hələ də Rusiya hərbçiləri var, buna görə də döyüşlər davam edir:

“Tutduğumuz mövqeləri müdafiə edirik, həmin nöqtələrdə dayaqlarımızı möhkəmlətmişik. Bu əraziləri düşmən hücumlarından qorumalıyıq. Çünki itirdikləri mövqeləri geri qaytarmaq istəyirlər”.

Melitopol istiqamətinə gəldikdə, Malyar Ukrayna Silahlı Qüvvələrinin orada tədricən irəlilədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər