Teleqraf.com-un məlumatına görə, bu barədə “Anadolu” xəbər agentliyinə məhkəmədəki mənbə bildirib.
Qeyd edək ki, terror aktı ilə bağlı ümumilikdə 3-ü Dağıstan sakini olmaqla 6 nəfər saxlanılmışdı. Dindirilən altı nəfərdən 3-nə (ikisi dağıstanlı olmaqla) “terror qruplaşmasına dəstək” ittihamı irəli sürülüb. Prokurorluq onların həbsi ilə əlaqədar məhkəməyə müraciət edib.
Xatırladaq, yanvarın 6-da İstanbulun mərkəzində polis şöbəsində törədilmiş partlayış nəticəsində bir asayiş keşikçisi ölüb, ikisi isə yaralanıb. Partlayış qadın-kamikadze tərəfindən törədilib.
O, İstanbulun tarixi mərkəzindəki Sultanahmet meydanı yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, ingilis dilində çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib. Lakin polis onu dayandırdıqda terrorçu üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb.
Sonradan Türkiyə mətbuatı partlayışı törədən qadın-kamikadzenin Rusiya vətəndaşı Diana Ramazova olduğunu bildirib.