14 Sentyabr 2023 20:37
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər