Pakistan Avami Müsəlman Liqasının (AML) lideri və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd saxlanılıb.
Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir İmran Xana yaxın simalardan olan Şeyx Əhmədin Ravalpindi şəhərindəki evində saxlanıldığı bildirilib.
Sabiq nazirin vəkili Sərdar Əbdul Rəzaq deyib ki, AML liderinin nə üçün saxlandığı və hara aparıldığı məlum deyil.
Pakistan polisi hələlik Şeyx Əhmədin saxlanması ilə bağlı açıqlama verməyib.