Oxşar xəbərlər
Çin bu həftə Suriya Prezidenti Bəşər Əsədi qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, Suriya hökuməti Əsədin Çin lideri Si Cinpin tərəfindən Pekinə dəvət edildiyini açıqlayıb.
Suriya başçısının sentyabrın 21-də yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə Çinə səfər edəcəyi bildirilib.
Çinə səfəri zamanı Suriya liderini xanımı Əsm Əsəd müşayiət edəcək.
Bəşər Əsədin indiyədək Çinə yeganə səfəri 2004-cü ildə olub. ABŞ-ın İraqı işğalından bir il sonra həyata keçirilən səfər Vaşinqtonun Dəməşqə təzyiq göstərdiyi dövrə təsadüf edib.