14 Yanvar 2015 16:03
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həzrəti Məhəmmədin karikaturasını dərc etdiklərinə görə silahlı hücuma məruz qalan Fransanın “Çarliu Hebdo” satirik jurnalı hücumdan sonra nəşr etdiyi ilk sayında da Peyğəmbərin karikaturasına yer verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalın çıxardığı 4 səhifəlik sayına bugünkü buraxılışında yer verəcəyini açıqlayan Türkiyənin “Cumhuriyyət” qəzeti sərt rekasiya ilə qarşılaşıb.

15 nəfərdən ibarət bir qrup gecə saatlarında əllərindəki “Çarliyə təxribat davam edir” və “Cumhuriyyət sən kimin uşağısan” şüarlarını redaksiyanın önünə qoyub.

Şikayət əsasında hadisə yerinə gələn Ankara Təhlükəsizlik İdarəsində Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasında əks olunmuş görüntülər əsasında aksiyada iştirak edən şəxslərin kimliyinin müəyyən olunmasına başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər