22 Sentyabr 2023 23:18
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, - mənbə agentliyə deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər