26 Sentyabr 2023 13:43
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanı məlumatlandırıb ki, Vaşinqton Prezident Vladimir Putin də daxil olmaqla bir sıra liderləri San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Marat Berdiyev məlumat verib.

Qərar bu liderlərə qarşı sanksiya məhdudiyyətlərinin olması ilə izah edilib.

Moskva Vaşinqtona sorğu göndərərək, onu APEC sədri kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə və Rusiya prezidentinə dəvət göndərməyə çağırıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bundan əvvəl demişdi ki, Kreml Putinin bu ilin noyabrına planlaşdırılan APEC-in San-Fransisko sammitinə dəvət olunacağını gözləmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər