27 Sentyabr 2023 13:51
16 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT yaşamaq uğrunda mübarizə aparır, Şimali Makedoniyanın hazırkı sədrliyi vəziyyəti yaxşılaşdırmır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

“Düzünü desək, ATƏT-də vəziyyət ciddi narahatlıq doğurur, təşkilat faktiki olaraq yaşamaq uğrunda mübarizə aparır. Ötən il Polşa sədr olarkən təsdiqlənmiş bütün fəaliyyət sahələrinin dondurulması kimi fəlakətli praktika artıq ATƏT-in mandat tapşırıqlarını yerinə yetirmək imkanlarını xeyli zəiflədib”, - Rusiya rəsmisi bildirib.

Lukaşeviç əlavə edib ki, Şimali Makedoniyanın sədrliyi dönəmində bu durumu düzəltmək üçün heç bir konkret addım atılmayıb. Onun sözlərinə görə, mürəkkəb məsələlər üzrə geniş məsləhətləşmələrdən imtina olunub, həll yolu kimi ilk növbədə Qərb ölkələri üçün uyğun olan variantlar təklif edilib.

Lukaşeviç qeyd edib ki, Rusiya Estoniyanın gələn il təşkilatın sədri vəzifəsinə namizədliyi ilə razı deyil, amma Şimali Makedoniya bu məsələ ilə bağlı məsləhətləşmələrə təşəbbüs göstərmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər