27 Sentyabr 2023 17:27
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya Prezidenti Vladimir Putini NATO-nun genişlənməsi ilə bağlı tənqid edib.

Teleqraf.com xəbər verir ki, sabiq dövlət katibi keçmiş prezident Donald Trampa qarşı da ittihamlar irəli sürüb.

Klinton iddia edir ki, ABŞ-ın Ukraynanı vaxtında dəstəkləməklə bağlı problemləri Trampın yaratdığı “ənənə” səbəbindən yaranıb. O, Trampı ABŞ-ın müttəfiqlərini yadlaşdırdığını söyləyib.

“İnsanlar buna şübhə edə bilər, çünki biz müttəfiqlərimiz və dostlarımızla körpüləri yandırmışdıq”, - Klinton əlavə edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden sələfi Barak Obamanın prioritetlərinin tərəfdarıdır:

“Ukraynada demokratiyanın müdafiəsi NATO-nun genişlənməsi deməkdir, yeri gəlmişkən, təəssüf ki, Vladimir, buna görə sən özün günahkarsan. Biz həmişə demişik. Kimsə NATO-ya qoşulmağa məcbur edilmir. İnsanlar NATO-ya üzv olmağı özləri seçir və istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər