Ukrayna qoşunları Verbovoydan qərbdə səngərlər xəttinə daxil olaraq Rusiya müdafiəsinin bu hissəsində sıçrayış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Son geolokasiya görüntülərində Rusiya PUA-larının Verbovoyun qərbindəki səngərdə Ukrayna piyadalarına zərbələr endirdiyi görünür. Rusların PUA-lardan istifadə etməsi onu göstərir ki, Verbovoydan təxminən bir kilometr qərbdə Rusiya qüvvələri öz səngərlərindən çıxarılıb.
Məlumata görə, Ukrayna ordusunun ən az 4 bölməsi Rusiyanın xeyli sayda zirehli texnika yerləşdirdiyi Robotin-Verbovoy xəttindəki mövqelərinə kütləvi artilleriya atəşindən sonra hücum edib.
Rusiya mənbələri də bildirirlər ki, Ukrayna qoşunları artıq minalanmış əraziləri və tank əleyhinə istehkamları keçiblər.
Rusiya hərbi komandanlığı 7-ci və 76-cı diviziyaların hissələrini gücləndirmək üçün 106-cı hava-desant diviziyasının yenidən Robotində yerləşdirilməsi planını ləğv edib.
ISW qeyd edir ki, Verbovoy yaxınlığındakı vəziyyət qeyri-müəyyən olaraq qalır.