15 Yanvar 2015 07:21
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaranmış vəziyyət yenidən Avropa parlamentində müzakirəyə çıxarılıb.

Teleqraf.com-un məlumatına görə, parlamentdə Ukrayna ilə bağlı ötən gün başlanan müzakirələr bu gün yanvarın 15-də geniş tərkibdə davam etdiriləcək.

Yanvarın 14-də aparılan məsləhətləşmələr zamanı parlament üzvlərinin əksəriyyəti Ukraynanın yaranmış böhranla bağlı mövqeyini dəstəklədiklərini açıq şəkildə bəyan ediblər.

Beləliklə, Avroparlamentin Ukraynada vəziyyət üzrə qətnaməni dəstəkləyəcəyi gözlənilir. Qətnamə qəbulu ilə bağlı səsvermə bu gün - cümə axşamı keçiriləcək.

Mövcud qətnamə layihəsində Rusiyanın Ukraynaya qarşı təcavüzkar münasibəti pislənilir və rəsmi Moskvadan Minsk razılaşmasına əməl etmək, eləcə də Krımdan geri çəkilmək tələb olunur.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər