28 Sentyabr 2023 17:31
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, toplantı Beştepedəki iqamətgahda keçirilir.

İclasda Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunur.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər