29 Sentyabr 2023 09:54
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları ötən sutka ərzində Liman, Avdiv, Marin, Şaxtyor və Zaporoje istiqamətlərində Ukrayna ordusunun mövqelərinə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Zaporoje istiqamətində Çervonı yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə cəhd göstərib, Liman istiqamətində Biloqorivkaya hücum ediblər.

“Düşmən Avdivin cənubundakı ərazidə itirilmiş mövqelərini bərpa etməyə cəhd etsə də, buna nail ola bilməyib. Bundan əlavə, müdafiəçilərimiz Donetsk vilayətinin Nevelski rayonunda düşmənin hücumunu uğurla dəf ediblər”, - məlumatda deyilir.

Baş Qərargah əlavə edib ki, ruslar Marin yaxınlığında irəliləməyə əbəs yerə cəhd göstərinlər. Bu yöndə Rusiyanın 6 hücumunun qarşısı alınıb.

“Həmçinin müdafiəçilərimiz Novomixaylovka ərazisində və Şaxtyor istiqamətində düşmənin hücumunu uğurla dəf edib”, - Baş Qərargah bildirib.

Bundan əlavə, Ukrayna ordusunun əks-hücumu davam edir. Ukrayna hərbçiləri Melitopol və Baxmut istiqamətlərində irəliləyirlər, işğal edilmiş əraziləri azad edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər