Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstana səfərinin vaxtı müəyyənləşib, hazırlıq gedir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Müəyyən edilib, hazırlıq gedir. Vaxtında elan edəcəyik”, - Rusiya rəsmisi bildirib.
Qırğızıstan baş naziri Akılbek Japarov bir müddət əvvəl Putinin ölkəsinə dövlət səfərinin oktyabrın 12-də gözlənildiyini açıqlamışdı. Onun sözlərinə görə, oktyabrın 13-də MDB dövlət başçılarının sammiti, oktyabrın 25-də isə MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin baş nazirlərinin görüşü baş tutacaq.