7 Oktyabr 2023 23:42
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin müdafiə naziri Yoav Qallantla ABŞ-ın müdafiə naziri Lloyd Austin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Qallant əməliyyatları genişləndirməyə hazır olduqlarını söyləyib.

"Düşməni məğlub etmək və İsrail vətəndaşlarını müdafiə etməyə çalışırıq. Biz əməliyyatlarımızı genişləndirməyə hazırıq. Bu mübarizədə İsrail dövləti qalib gələcək və HƏMAS öz əməllərinə görə cavab verəcək", - deyə israilli nazir söyləyib.

Qallant həmçinin həmkarı Austinə və ABŞ administrasiyasına göstərdikləri dəstəyə və İsrailin yanında olduqlarına görə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər