İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Əlini saxlayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.
İsrail ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, İsrail Hərbi Dəniz Qüvvələrinin 13-cü Şayetet briqadasının üzvləri hazırda təhlükəsizlik qüvvələri tərəfindən sorğu-sual edilən Məhəmməd Əbu Əlini ələ keçirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
“Jerusalem Post” qəzetinin məlumatına görə, 1,5 mindən çox insan xəsarət alıb.