9 Oktyabr 2023 21:13
3 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynada hərbi əməliyyatların intensivliyini bir müddət azaltmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Vitali Kulık deyib.

“Rusiya indi müharibənin intensivliyini müvəqqəti olaraq dondurmaq və növbəti hücum potensialını artırmaq istəyir. Bu hücum həm Ukraynada, həm də digər hərbi əməliyyat teatrlarında ola bilər”. – ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın hərbi potensialının bərpa tempi çox zəifdir, ona bunun üçün bir neçə il vaxt lazımdır.

Kulık əlavə edib ki, belə bir şeyə imkan vermək, Rusiyaya hərbi gücünü bərpa edərək daha güclü formada hücuma keçməyə şərait yaratmaq deməkdir. O zənn etmir ki, Ukrayna buna imkan verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər