HƏMAS Hərəkatı Rusiyanın BMT Təhlükəsizlik Şurasının sessiyasında Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyindən razıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
HƏMAS-ın siyasi bürosunun üzvü Musa Əbu Mərzuk bildirib ki, Rusiyanın mövqeyi ədalətlidir, çünki o, ABŞ və İsrailin Təhlükəsizlik Şurasında öz qətnamələrini irəli sürməsinə mane olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl Fələstin və İsrail arasında qarşıdurmaya təcili son qoymağa çağırmışdı.