İsrail Müdafiə Nazirliyi ehtiyatda olan yüzlərlə israilli hərbçini geri qaytarmaq üçün Avropaya təyyarələr göndərir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məqsədlə “Herkules” ağır nəqliyyat təyyarələri (C-130 və C-130J) təcili Avropaya göndərilib. Ehtiyat hissələrin haradan gətiriləcəyi qeyd olunmayıb.
Əməliyyat İsrail Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb.