10 Oktyabr 2023 23:37
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Tükiyə Prezident administrasiyası məlumat yayıb.

Tərəflər İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə ediblər.

Türkiyənin vasitəçilik səyləri ilə bölgədəki mülki şəxslərə humanitar yardımların çatdırılması üçün görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlardan qaçmasının çox vacib olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər