11 Oktyabr 2023 22:55
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yazından tez olmayaraq F-16 qırıcı-bombardmançı təyyarələri alacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişə zonasına silah tədarükü üzrə Qərb təmas qrupunun iclasının yekunları üzrə mətbuat konfransı zamanı deyib.

O, həmçinin əlavə edib ki, hazırda ukraynalı pilotlar döyüş təyyarələrini idarə etmək üçün təlimlər keçir. Nazir vurğulayıb ki, təlim ABŞ və bir sıra Avropa ölkələri tərəfindən təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər