İsrailin dövlət xəstəxanaları yaralanmış və əsir götürülmüş HƏMAS döyüşçülərinə tibbi yardım göstərməyi dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” ölkənin səhiyyə naziri Moşe Arbelin göstərişinə istinadla yazır.
Məlumatda qeyd edilir ki, səhiyyə sistemi yaralıların və İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hərbçilərinin müalicəsinə diqqət yetirməli, həmçinin yeni yaralıları qəbul etməyə hazırlaşmalıdır.
Qəzet nazirin göstərişindən sitat gətirir: “Terrorçu münasibət bu səylərə mane olur və səhiyyə sistemi onlara kömək etməyəcək”.
Arbel həmçinin İsrail Baş naziri Binyamin Netanyahunu bununla bağlı bütün aidiyyəti qurumlara göstəriş verməyə çağırıb.